Məhsul alarkən şişmiş qablaşdırmaya diqqətli olun
Bölmə: Araşdırma › ,Tarix: 20:34 30.01.2024
Prof. Dr. İsmail Yılmaz şişmə qablaşdırılan məhsulların sağlamlıq üçün təhlükəli ola biləcəyini söylədi.
Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Qida Mühəndisliyi Bölüm Başçısı Prof. Dr. İsmail Yılmaz qablaşdırılmış məhsulların istehlakdan əvvəl diqqətlə araşdırılması lazım olduğunu bildirib.
Dünyada qidaya çıxışın getdikcə çətinləşdiyini ifadə edən Yılmaz, "Əlimizdəki qıt qaynaqlardan ən yaxşı şəkildə istifadə etməliyik. Qida sənayesinin ən mühüm vəzifələrindən biri qida məhsullarının maksimum dərəcədə qorunmasıdır" dedi.
Qida sənayesində texnologiyanın gündən-günə inkişaf etdiyini bildirən Yılmaz, kənd təsərrüfatı məhsullarının davamlılığını təmin etmək üçün konserv texnologiyasının ən çox istifadə edilən üsullardan biri olduğunu bildirdi.
BÜTÜN QAYDALARA, XÜSUSİLƏ DƏ GİGİYENAYA ƏMƏK EDİLMƏLİDİR"
Yılmaz konserv texnologiyasında istilik müalicəsinin son dərəcə əhəmiyyətli olduğunu ifadə etdi. Konserv texnologiyasında məhsula istilik müalicəsinin adekvat və balanslı şəkildə tətbiq edilməsi lazım olduğunu bildirən Yılmaz, "Proseslərdən sonra məhsul ən yaxşı şəkildə qorunmalıdır. İstehsalda başda gigiyena olmaqla bütün qaydalara ciddi əməl edilməlidir" dedi.
Xüsusilə məhsul alarkən onların qablaşdırılmasına çox diqqət yetirilməsi lazım olduğunu vurğulayan Yılmaz, şişmiş paketli məhsullardan uzaq durmağı tövsiyə edib.
Yılmaz, "Məhsulun qablaşdırmasında şişlik varsa, o tip məhsullar qətiliklə istehlak edilməməlidir. Çünki bu, mikroorqanizmlərin fəaliyyətinin hələ də davam etdiyi anlamına gəlir. Bu məhsullar istehlak edilərsə, ölümə qədər fəsadlar yarana bilər" dedi.
Yılmaz, açılan konservlərin uyğun şərtlərdə saxlanması və qısa müddətdə istehlak edilməsi lazım olduğunu da bildirib.
Aynur Babayeva