“Apple”ın kommersiya siyasəti şirkətlərin narazılığına səbəb olub

Bölmə: Araşdırma › ,
Tarix: 17:48 31.01.2024

Avropa İttifaqı, Rəqəmsal Xidmətlər Aktını mart ayında qüvvəyə mindirəcək. Beləliklə, “Apple” öz istifadəçilərinə üçüncü tərəf proqram mağazalarından proqramlar yükləməyə icazə verəcək. Bununla belə, şirkət üçüncü tərəf proqram mağazalarında tətbiqlər buraxacaq tərtibatçılar üçün elan etdiyi qiymət planı ilə böyük reaksiya görüb. Bu plana əsasən, tərtibatçılar tətbiqdaxili alışlardan 17 faiz komissiya ödəyəcəklər. 

 

Üstəlik bununla kifayətlənməyən “Apple” hər il 1 milyondan çox yüklənən tətbiqlər üçün 0,50 avro tələb edəcək. Şirkətlərin əsas narazılığı və etirazına səbəb olan da budur. İndiyə qədər “Spotify” və “Epic Games” kimi bəzi şirkətlərin rəhbərləri bu qiymət planına qarşı çıxıblar. Nəhayət, “Microsoft”un daxilində olan “Xbox” şirkətinin prezidenti Sarah Bond da öz iradlarını bildirib. Bond və “Spotify” şirkətinin CEO-su Daniel Ek, şəxsi X (Twitter) hesablarında öz iradlarını paylaşaraq mövzu ilə bağlı fikirlərini bildiriblər. ”Apple”ın yeni siyasəti üçün atdığı addımın səhv olduğunu deyən Sarah Bond, şirkətin iradlara qulaq asacağına ümid etdiklərini bildirib.

 

Həmçinin Sarah Bond bildirib: ” İnanırıq ki, konstruktiv söhbətlər açıq platformalara və daha böyük rəqabətə doğru dəyişikliklərə və irəliləyişlərə səbəb olur. “Apple”ın yeni siyasəti yanlış istiqamətdə atılan addımdır. Ümid edirik ki, onlar təklif etdikləri planla bağlı rəyləri dinləyəcək və hər kəs üçün daha əhatəli gələcək üçün çalışacaqlar".

 

Əli Məmmədli