Unudulmuş şəxsiyyətlər-Rüstəm xan Xoyski

Bölmə: Araşdırma › ,
Tarix: 22:44 07.02.2024

Rüstəm xan Xoyski 1888-ci ildə Gəncə şəhərində anadan olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurası sədri Fətəli xan Xoyskinin qardaşıdır.

 

Rüstəm xan Gəncə Gimnaziyasında təhsil aldıqdan sonra Sankt-Peterburq Universitetinin hüquq fakültəsindən məzun olub. Ali təhsilini bitirdikdən sonra Gəncə və Bakıda hakim köməkçisi vəzifəsində çalışan Rüstəm xan azadlıq hərəkatının aktiv üzvlərindən biri olub.

 

O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gedən yolda fəal iştirak edib. Rüstəm xan  Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra formalaşan nazirlər kabinetində bir sıra vəzifələrdə çalışıb. Onun böyük qardaşı Fətəli xan Xoyski AXC-nin III hökumət kabinetini formalaşdırdığı zaman Rüstəm xan himayədarlıq naziri kimi çalışıb. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da Rüstəm xan və onun silahdaşları ölkə və millət üçün çox mühüm addımlar atır.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Rüstəm xan Bakıda qalır. Rüstəm xanın ailəsi aprel işğalından sonra böyük müsibətlərlə qarşılaşır. O, Azərbaycan SSR-də bir sıra vəzifələrdə çalışdıqdan sonra Moskvaya gedir. Moskvada hüquqşünas kimi çalışan Rüstəm xan ömrününün sonuna kimi burada qalır. 1948-ci ildə Moskvada vəfat edən Rüstəm xan elə buradaca torpağa tapşırılır.

 

Yusif Mamedov