Qiymət yoxsa keyfiyyət fərqi?

Bölmə: Sosial › ,
Tarix: 20:44 27.02.2024

Bəzən eyni gigiyenik məhsullara həm marketlərdə, həm də apteklərdə rast gəlinir. Eyni məhsul olmasına baxmayaraq, elə olur ki, marketlərdə və apteklərdə həmin məhsulların qiymətləri arasında fərq olur. Bəs bu qiymət fərqinə səbəb nədir ? Qiymət fərqinə görə məhsulun tərkibi də dəyişirmi? 

 

Mövzu ilə bağlı İqtisdi və Sosial Araşdırmalara Yardım İB sədri Eyyub Kərimli İnformator.az-a açıqlama verib.

 

" Elə gigiyenik məhsullar var ki, onlar həm apteklərdə, həm də marketlərdə satışa çıxarılır. Bəzi hallarda həmin eyni olan məhsulun qiyməti marketlərdə ucuz olur çünki, marketlərin sahəsi genişdir və onlar bu cür məhsullara az dəyər əlavə edirlər. Apteklərdə isə belə yerlər az olduğundan daha çox gəlir əldə etmək istəyirlər nəticə etibarilə, apteklərdə qiymət marketlərə nisbətən daha baha olur".

 

İqtisadçı bildirib ki, apteklərdə satılan məhsullar daha keyfiyyətli olur.

" Apteklərdə satılan məhsullar daha keyfiyyətli və orginal olurlar, nəyinki marketlərdə satılan məhsullar. Bəzən marketlərdə biz tam orginal olmayan gigiyenik vasitələrin olduğunu müşahidə edə bilərik qiymət fərqi də bu səbəbdən yaranır .

Əsas məsələ ondan asılıdır ki, marketlərdə çeşid çox olduğundan məhsulların üzərinə az dəyər əlavə edirlər ".

 

Aydan İsayeva