"Şərab festivalların keçirilməsi bizim ölkə turizmi üçün əlavə çeşidlik yarardır"-Ekspertdən açıqlama

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:31 28.02.2024

Azərbaycanın şərabçılıq turizmi üzrə imkanları İtaliyada nümayiş olunur. 

 

Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Bolonya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur.

 

“Slow Wine” hansı ənənələrimizi təbliğ edir?

 

 

“İnformator.az” a açıqlamasında turizm eksperti Ceyhun Aşurov məsələyə münasibət bildirib. 

 

Azərbaycanın şərabçılıq turizmi İtaliyada keçirilən sərgidə nümayiş olunur. Burda dünyanın müxtəlif yerlərindən gələn şərabçılıq marşrutlarını təmsil etmək istəyən turizm məkanları və ölkə nümayəndələri öz şərablarını nümayiş etdirirlər. 

 

Ekspertin sözlərinə görə, əslində, enoturizm və qastroturizmin əsas mahiyyəti ondan ibarətdir ki, burda məhz mənbədən turistlər üzüm plantasiyaları və ya şərab istehsalı ilə bilavasitə yaxından tanış ola bilirlər.

 

"Dequstasiya imkanları olur, yəni orda yeyəcək və içəcəklərdən faydalanırlar. Eyni zamanda, şərabların istehsal prosesi ilə yaxından tanış olmaqla özləri üçün də ala bilirlər".  

 

Müsahib qeyd edir ki, əlbəttə ki, dünyada tanınmış ənənəvi şərabçılıq turizmi ölkələri, məhsulları istehsal edən daha tanınmış yerlər var.

 

"Amma Azərbaycanda şərabçılıq ənənələri qədim zamanlardan olub və son illərdə daha da inkişaf edir". 

 

Ceyhun Aşurov sonda əlavə edir ki, çar Rusiyasının dövründən Azərbaycanda məskunlaşmış Alman məskənləri var ki, onların da əsas ənənələrindən biri olan şərabçılığın nümunələri, muzeyləri var.

 

"İndi isə bizim özümüzün şərabçılıq məhsullarımızın olması, bu kimi tədbir, sərgilərin və eyni zamanda, məhsul, şərab festivalların keçirilməsi bizim ölkə turizmi üçün əlavə çeşidlik yaradır. Ən əsası, turistlərin gəlməsi üçün də əlavə səbəblər yaradan faktorlardır".

 

 

Gülnisə Əfkari