"PR böhranlarının aradan qaldırılmasında medianın rolu"-SEMİNAR

Bölmə: MEDİA › ,
Tarix: 18:05 06.03.2024

Bu gün Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində jurnalistika fakültəsinin müəllimləri və 1-ci kurs tələbələrinin iştirakı ilə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Günel Qəribovanın “PR böhranlarının aradan qaldırılmasında medianın rolu” mövzusunda elmi seminarı keçirildi.

 

Seminarı ARB televiziyasının Xəbərlər Departamentinin redaktoru, BDU-nun dosenti Aynur Nəsirova açıq elan etdi. 

 

Günel Qəribova dünyada və ölkəmizdə piyar məqsədi ilə brend şirkətlər tərəfindən atılan düzgün və səhv addımlardan statlardan gətirdi, mövzu ilə əlaqədar bir çox məsələlərə: böhranın idarə edilməsinə, medianın böhrandakı roluna, piyar kompaniyalarına, piyar zamanı vəziyyətin qiymətləndirilməsinə toxundu. 

 

Seminar zamanı mövzu ilə bağlı tələbə və müəllimlər tərəfindən verilən suallara aydınlıq gətirdi.

 

Günel Qəribova elmi seminarını Dan Masonnun "Hadisələri pəncərənin arxasından izləməyin, gedin o insanların içində, yanında olun, dərdləri, problemləri ilə yaxından tanış olun" və Vüqar Zifəroğlunun "Həyata çəhrayı eynəklərlə baxmayın, heçnə göründüyü kimi deyil... " sözləri ilə bitirdi.

 

Banuçiçək Kalbalıyeva