Eyni şəxsin barmaq izləri də fərqlidirmi?

Bölmə: Araşdırma › ,
Tarix: 22:49 12.03.2024

Yəqin ki, hər barmaq izinin fərqli olduğunu eşitmisiniz. Lakin bu, eyni şəxsin müxtəlif barmaq izləri üçün keçərli olmaya bilər. Son araşdırmaya görə, eyni insanın müxtəlif barmaqlarının izləri məşhur inancın əksinə olaraq çox oxşardır.

 

Eyni genetik məlumatlatı olan əkizlər də daxil olmaqla hər kəsin barmaq izinin bir-birindən fərqli olduğunu qəbul edirik, o cümlədən insanların fərqli barmaqlarındakı xətt və halqa naxışlarının da bir-birindən fərqli olduğu düşünülürdü. Ancaq bu düşüncə tezliklə dəyişə bilər.

 

Kolumbiya Universitetinin Kompüter Elmləri Departamentinin yuxarı kurs tələbəsi Qabe Quonun rəhbərlik etdiyi tədqiqatçılar süni intellekt sistemini layihələndiriblər. 60 min fərqli barmaq izi cütlər halında sistemə skan edilib. Bəzi hallarda barmaq izi cütləri müxtəlif insanlara, bəzi hallarda isə eyni şəxsin müxtəlif barmaqlarına aid olub. Komandanın istifadə etdiyi süni intellekt alqoritmi bənzərsiz görünən barmaq izlərinin eyni şəxsə məxsus olub olmadığını göstərmək üçün hazırlanıb. Zamanla inkişaf etdirilən süni intellekt sistemi bir cüt üçün 77% dəqiqliyə çatıb. Komanda hesab edir ki, bu oxşarlıq cinayət yerindəki barmaq izləri şübhəlilərdən sonra əldə edilənlərdən fərqli olduqda məhkəmə-tibbi araşdırmalarda ipuclarını tapmaq qabiliyyətini yaxşılaşdıra bilər. Sistemin minlərlə deyil, milyonlarla barmaq izi üzərində öyrədilməsi zamanı dəqiqlik dərəcəsinin artacağına da inanılır.

 

Araşdırmanın təfərrüatları ilə Science Advances jurnalında tanış ola bilərsiniz.

 

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova