Elektron tullantı problemi: Təşviqat qruplarından "çəkməcədəki xəzinələr" üçün təkliflər

Bölmə: Dünya › ,
Tarix: 23:00 28.03.2024

Elektrik cihazlarının tullantılarını azaltmağa çalışan kampaniya qrupları evlərdə boş elektrik cihazları və xarab texnologiya məhsullarının yığılması barədə xəbərdarlıq edir.

 

Material Focus adlı qrup son dörd ildə boş qalan məhsulların sayının orta hesabla 20-dən 30-a yüksəldiyini güman edir. Böyük Britaniyada ilk 10 belə məhsula pult, mobil telefonlar və fenlər daxildir. Birləşmiş Millətlər Təşkilatı da bu cür tullantı məhsulların təkrar emalını tövsiyə edir. Özünü elektrik məhsulları yığan biri kimi qələmə verən Paul Bowtell belə materiallarla vidalaşa bilməyən biridir. Bowtell 40-dan çox elektrik əşyası olan BBC qutularını göstərir və evinin çardağında yeşiklərdə bir neçə boş məhsulun çox olduğunu etiraf edir. Bristolda yaşayan kişi oğullarına vermək üçün bəzi məhsullar saxladığını iddia edir. Ancaq vidalaşa bilmədiyi əşyalar arasında bir vaxtlar baha olan, lakin indi heç bir dəyəri olmayan məhsullar da var.Material Focus-un direktoru Scott Butler,müasir dünyada hər kəsin oxşar çəkməcə və qutuları olduğunu söyləyir. Butler deyir: "Bu çəkməcələrdə onların nə üçün olduğunu bilmədiyimiz kabellər var: çoxdan istifadə olunmayan DVD pleyer üçün pult kimi".

 

Aytac Kərimova 

Mənbə: BBCNews