Britaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb

Bölmə: Dünya › ,
Tarix: 22:07 26.04.2024

Britaniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Andrey Kelini çağırıb. Bu barədə RİA Novosti Britaniya hökumətinin bəyanatına istinadən yazıb.

 

Rəsmi açıqlamada Kelinin Britaniyada zərərli olduğu iddia edilən fəaliyyətlərə dair xəbərlərə görə Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.

 

Sənəddə deyilir: “Bu gün Xarici İşlər Nazirliyi Rusiya səfiri Andrey Kelini Rusiyanın Britaniya ərazisində təşkil etdiyi zərərli fəaliyyətlə bağlı iddialarla əlaqədar çağırıb”.

 

Bundan əvvəl Britaniyada beş kişi Rusiyanın xeyrinə düşmənçilik fəaliyyətində ittiham olunurdu. Bildirilir ki, 2024-cü ilin martında həmin şəxslər Ukrayna ilə bağlı kommersiya obyektlərini yandırmağı planlaşdırıblar.

 

Mənbə: lenta.ru

Banuçiçək Kalbalıyeva