Pişikləri necə və nə vaxt yumaq lazımdır?

Bölmə: Maraqlı › ,
Tarix: 22:20 05.04.2024

Bu pişik sahiblərini və ya pişik sahibi olmaq istəyən bir çox fərdləri maraqlandıran suallar arasındadır. Hər kəs pişiklərin suyu sevmədiyini bilsə də, bütün pişiklər özünü təmizləyən varlıqlardır. Bununla belə, pişiklərin də vaxtaşırı yuyulması lazım ola bilər. Bəs pişikləri necə və nə vaxt çimdirmək lazımdır? Pişiklərin, kiçik və yetkin pişiklərin yuyulması üçün tövsiyələr tərtib etdik.

 

Balaca və ya yetkin pişiklər: Onlara ümumi qulluqdan əlavə ağız, dəri və dırnaqların gigiyenası ilə bağlı da kömək lazımdır. Balaca və yetkin pişiklərə səbirlə və yumşaq bir şəkildə qulluq etmək heyvanı sağlam saxlamağa kömək edəcəkdir.

 

Pişikləri necə və nə vaxt yumaq lazımdır?

 

Pişiklər əslində zərurət olmadıqca çimilməməsi lazım olan heyvanlardır. Pişiklərin dili steril olduğundan yalamaqla özlərini təmizləyə bilirlər. Buna görə də, xəzinə bir şey düşərsə, pişiyi yumaq tövsiyə edilmir. Lazım olduqda bəzi məsələlərə diqqət yetirmək lazımdır. Pişiklərin çimməsi zamanı onların dırnaqları kəsilməli, çox qaynar su istifadə edilməməli, çimdikdən sonra pişiklər üçün xüsusi hazırlanmış dəsmallarla qurudulmalıdır. Bu vəziyyətlərə diqqət yetirməklə pişikləri çimdirmək mümkündür. Bununla belə, pişikləri daim çimdirmək olmaz.

 

Balaca və yetkin pişiklərin yuyulması üçün tövsiyələr

 

Pişiklər təmizlənməyi çox sevən heyvanlar arasındadır. Onların instinktiv olaraq ehtiyac duyduğu təmizlik pişiklər üçün həyat funksiyalarının düzgün işləməsini təmin edən bir mexanizmdir. Körpəlik dövründə pişiklərin təmizlənməsi analarına aiddir. Ana pişiklər balalarını müəyyən aralıqlarla yalayaraq təmizləyir və sağlamlıqlarını qoruyurlar. Lakin anasız pişik balasının övladlığa götürülməsi halında övladlığa götürən ana rolunu öz üzərinə götürməli və pişik balasının təmizliyini daim təmin etməlidir.

 

Pişiklər yuyulmamalı, düzgün təmizləmə texnikası ilə təmizlənməlidir. Kiçik bir pambıq parçası 40 dərəcə suya qoyulmalı, sudan çıxarılmalı və sıxılmalıdır. Ovucun içinə sıxılan və suyu boşaldılan pambığı pişik balasını götürdükdən sonra tüklərin uzandığı istiqamətin əksinə olaraq yumşaq bir şəkildə silmək vacibdir. Silmə zamanı pişiyi qorxutmamaq və incitməmək üçün diqqətli olmaq lazımdır. Yaş pambıq pişiyin qulaqlarından və gözlərindən uzaqda çəkilməlidir. Pişiklərin pəncələri də ilıq su ilə təmizlənməlidir. Pişik sudan daha çox ovcu hiss etməlidir.

 

Yetkin pişikləri təmizləyərkən suyun çox isti olmadığını təmin etmək lazımdır. İsti su ilə yuyulacaq pişik həddindən artıq reaksiya verə bilər. Belə bir vəziyyətdə insanın sakit bir davranış və səslə yanaşması vacibdir. Yetkin bir pişiyi yuyarkən nəzərə alınmalı olan başqa bir şey də tez-tez yumamaq gərəkdiyidir. Yavaş və mümkün qədər yumaq kifaydir.

 

Mənbə: Hürriyet 

Tərcümə etdi: Aydan Qasımova