Qondarma rejimin məqsədi nədir ?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:12 09.04.2024
Xankəndidə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofisi bağlanıb. BBQXK-nın Ermənistandakı kommunikadiya proqramlarının rəhbədi Zara Amatuni bu məlumatı ölkənin ictimai televiziyasına açıqlayıb. O bildirib ki, ofis Bərdəyə köçürülüb. Eyni zamanda Amatuni qeyd edib ku, Bərdədəki ofis Bakıdakı ofislərlə bərabər uzun billər fəaliyyət göstərib.
Komitənin Bərdəyə köçürülməsində hansı məqsədlər var ?
Bu barədə “İnformator.az”a açıqlamasında politoloq Natiq Miri bildirir ki, komitənin nəinki Xankəndidə Bərdədə belə fəaliyyətinə ehtiyac yoxdur:
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndidəki bürosu qanunsuz fəaliyyət göstərirdi. Çünki bu fəaliyyət qondarma rejim çərçivəsində fəaliyyət göstərirdi. Azərbaycanın çoxsaylı tələblərinə rəğmən onlar Azərbaycana bu yöndə hesabat vermirdilər. Artıq Qarabağda erməni qalmadığı üçün onların orda qalmasına da lüzum yoxdur. Bundan başqa BQXK humanitar fəaliyyət ilə məşğul olan beynəlxalq təşkilat deyil. Bu təşkilatın bu humanitar təşkilat adı altında fəaliyyət göstərməsi məsələnin yalnız görünən tərəfidir”.
Politoloq diqqətə çatdırır ki, komitədən hər zaman xristian dünyası və qlobal güclər kəşfiyyat məlumatları toplayır:
“Qarabağda da eyni missiyanı həyata keçirirdi. Artıq Qarabağda erməni qalmadığı üçün onların ordakı fəaliyyətinə də lüzum yoxdur. Çünki ortada erməni yoxdursa deməli fəaliyyət də yoxdur. Əlavə ofisin fəaliyyəti Azərbaycan dövləti ilə razılaşdırılmış şəkildə mümkün ola bilər, Azərbaycan isə hər zaman bunun əleyhinə olub. Nəinki Xankəndidə, Bərdədə belə komitənin fəaliyyətinə ehtiyyac yoxdur. Azərbaycan onların Bərdədə yerləşməsinə etiraz etməyib. Komitənin Bərdədəki fəaliyyəti Xankəndidəki kimi qondarma fəaliyyət olmayacaq. Çünki Bərdə və ətraf rayonlara ermənilər yaşamır”.
Azər Abuşov