Meyvə-tərəvəz bahalaşacaq?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:44 25.04.2024

"Kasıbınkı yaydır"-deyib atalarımız:

Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər. 

 

Bu fikirlər nə dərəcədə doğrudur? Meyvə-tərəvəzin qiyməti bu il necə olacaq?

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimov "İnformator.az"a açıqlama verib. O, bildirib ki, nəzərə almaq lazımdır ki, qış aylarında da, indiki yaz aylarında da hava şəraiti olduqca münbit keçdiyindən məhsulların yetişdirilməsi üçün münbit şərait mövcuddur:

 

"Hazırda bazarlarda kifayət qədər meyvə bolluğu var. Bu qiymət dinamikasına müsbət təsir edir. Bu gün proqnozda kənd təsərüffatı ilə bağlı heç bir problemimiz yoxdur. Bizdə əsas problem kənd təsərrüfatı məhsullarının əsas istehlakçı bazarı Bakı şəhəridir buna görədə şəhər halqasına daxil olmasında problem var. Eyni zamanda kommunikasiya və infrastrukturda problemlər var. Şəhərətrafında topdansatış yerləri olduğundan bütün meyvələr ora gətirilir. Sahibkar bir başa şəhərə daxil ola bilmir, daxil olanda da axşamlar olur və belə halda da məhsul alıb - satanların əlinə keçir".

 

İqtisadçının sözlərinə görə, istehlak dövriyyəsi və istehlakçıya çatmaqdan ötrü müəyyən bariyerlərdən keçməliyik:

 

"Problem budur, qiymətə təsir edən də budur. Bolluq isə yetərincə mövcuddur. Rayonlarda topdançılardan qiymətləri maraqlanası olsaq, yerində qiymət dəfələrlə ucuzdur. Bu gün yoxlasaq ki, çiyələyin qiyməti harada ucuzdur, keçən il 8 manata satılan çiyələk bu il 3 - 4 manata satılır. Bolluqdan dolayı, qiymət ucuzlaşır. Əslində qiymət çatışmamazlıqla bağlı deyil, əsas problem məhsulun iqtisadi dövriyyəyə cəlb edilməsidir. İstehlakçıya qədər meyvə, kənd məhsulları bariyerlərdən keçir”.

 

 

Tehran Yusifli