"Azərbaycanın müdafiə sənayesi dinamik şəkildə inkişaf edir"-Ekspert RƏYİ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:48 10.05.2024

"Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək". Bu sözləri Slovakiya Respublikasının Baş naziri Robert Fitso söyləyib.

 

Bu addım hər iki ölkənin hərb sahəsinə və iqtisadiyyatına necə təsir edəcək?

 

Mövzu ilə bağlı hərbi ekspert Azər Bayramov "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın müdafiə sənayesi dinamik şəkildə inkişaf edir:

 

"Bu sferada Qardaş Türkiyə başda olmaqla, dünyanın bir neçə aparıcı ölkələri var ki, silah istehsalına görə ön sıralardadır. Azərbaycanın bu tip dövlətlərlə müdafiə sənayesi sahəsində əməkdaşlığı təqdirə layiqdir. Hazırda isə qarşıya qoyulan əsas məqsədlər, müasir dövrün tələblərinə uyğun, standartlara cavab verən silah-sursatların istehsalıdır. Slovakiya ilə gələcəkdə nəzərdə tutulan birgə fəaliyyət, müsbət hal kimi qiymətləndirilməli və təqdim edilən texnikanın perspektivləri, effektliklərini nəzərdən keçirdikdən sonra daha konkret bir nəticəyə gəlinəcək".

 

Ekspert sonda əlavə edib ki, cari vəziyyətdə dünyada gedən proseslərə-müharibələrə baxdığımız zaman görünür ki, silahlara ciddi şəkildə ehtiyac yaranıb. Bu baxımdan da Azərbaycan müdafiə sənayesinin inkişaf etdirmək, texnikaları, hərbi avadanlıqların istehsalını artırmaqla daxili tələbatı ödəyib, satışı həyata keçirir.

 

Aytac Kərimova