Ermənistan Azərbaycandan qaz alacaq? -Ekspertlər AÇIQLADI
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:05 13.05.2024
"Əgər bütün siyasi məsələlər həll olunarsa, Azərbaycandan qaz almaq Ermənistan üçün sərfəlidir". Bu sözləri rusiyalı enerji eksperti Boris Martsinkeviç deyib.
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Ermənistanın zəif nöqtələrindən biri də Rusiya qazından 85% faizdən çox asılı olmasıdır:
"Erməni rəsmiləri Rusiyadan qaz təchizatı üçün kəskin asılılığı azaldılmasına görə Azərbaycandan qaz alınmasının mümkün olduğunu deyirlər. Azərbaycan və Ermənistan arasında Sovet dövründən qalan qaz infrastrukturu da mövcuddur. Kiçik təmirdən sonra bu işləri görmək mümkün olar. Bunun üçün sülh müqaviləsi imzalanmalı, yollar açılmalı, Ermənistan iddialardan əl çəkməlidir".
Sözügedən məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə isə sülh müqaviləsi imzalandıqdan Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlər qurula bilər:
"Bundan sonra Ermənistanın enerji təchizatında Azərbaycan rol oynamağa başlayacaq. Bu Azərbaycanla əməkdaşlığı fürsət yaradacaq. Ermənistan Azərbaycanın həyata keçirdiyi və tərəfdaşlıq etdiyi layihələrdə iştirak etməsinə imkan verəcək. Bu da Ermənistanda iqtisadi aktivliyin yüksəldilməsində səbəb olacaq".
Asiman Hafizqızı