Soğanın istifadəsi zamanı diqqət edilməli məqamlar

Bölmə: Sosial › ,
Tarix: 20:30 14.05.2024

Sağlam quruluşu və bənzərsiz ətri ilə həmişə süfrə arxasında olan soğan kulinariya mədəniyyətimizdə mühüm yer tutur.

 

Mütəxəssislər tərəfindən soğan istifadısi tövsiyə edilsə də, bəzi məsələlərin nəzərə alınmalı olduğu vurğulanır. Soğandan istifadədə edilən bəzi səhvlər soğanın sağlam quruluşunun yox olmasına səbəb olur. 

 

Soğan istehlakı zamanı bəzi səhvlər təkrarlanır. Bu təkrarlanan səhvlərdən biri qida zəhərlənməsi kimi ciddi problemlərə səbəb ola bilər. Bir çox insanın soğan istehlak edərkən bilmədən təkrarladığı səhv budur:

 

Soğanın bədənə müsbət təsirinin yox olmasına səbəb olan bu səhvlərdən biri soğanı yarıya böldükdən sonra saxlamaqdır. 

 

İstifadə üçün soğanın kəsilməsi və qalan hissəsinin soyuducuda saxlanması bir çox insanın təkrar etdiyi səhvdir. Soğanın yarıya bölünməsi onun sağlam quruluşunu itirməsinə səbəb olur. Soğan kəsildikdən sonra məruz qalan hissə pis qoxuları və bakteriyaları cəlb etməyə başlayır. Soyuducuda saxlanılan soğan qapalı qablarda saxlansa belə, bu vəziyyət dəyişmir. 

 

Bu soğanı istehlak etmək daha sonra mədə və öd turşusunun artmasına və qida zəhərlənməsi riskinə səbəb olur. Bu səbəbdən soğandan istifadə tam şəkildə həyata keçirilməlidir. Daha kiçik soğanı bütöv doğrayıb istifadə etmək və arxada yarım soğan qoymamaq daha yaxşı olardı. 

 

Mənbə: Haber Global

Nəzrin Mirzəyeva