"Bu dəyişiklik işçilərin xeyrinə deyil"-ekspertdən rəy
Bölmə: İqtisadiyyat › ,Tarix: 23:56 14.05.2024
Belə bir fikirlər var ki, ölkədə minimum əməkhaqqı saat hesabı olsun. Bu yeniliyin mənfi və müsbət cəhətləri nə olacaq ?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, həftə ərzində işçilər 40 saat işləyir, bir ay ərzində 170 saat işləyirik:
"345 manatı 170 saata böləcəklər. Bununla bir saat ərzində işçiyə düşən əməkhaqqı hesablanacaq. Bu dəyişikliyin tətbiq olunmasında əsas məqsəd odur ki, sahibkarla işçi arasında münasibətlər sahibkarın xeyrinə tənzimlənməsin.
Minimum əməkhaqqı ilə əmək müqaviləsi bağlanır, amma işçi həftədə 40 saatdan az işləsə belə yenə 345 manat maaş alır. Sahibkar məcbur olub bu vəsaiti ödəyir.
Bu dəyişiklik işçilərin xeyrinə deyil, sahibkarların maraqlarını nəzərə alaraq atılıb".
Vüqar ALIŞOV