İranda Nəsiman Yaqublunun Rəsulzadə haqqında kitabı nəşr edilib

Bölmə: Sosial › ,
Tarix: 08:29 15.05.2024

İranda Azərbaycanın tanınmış tarixçi alimi, tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə, həyat və yaradıclığı” kitabı nəşr edilib.

 

“Nəbadi” mətbəəsində 650 səhifə həcmində nəşr edilən bu kitabda M.Ə.Rəsulzadənin Azərbaycanda, İranda, Türkiyədə, Polşada, Almaniyada, Fransadakı siyasi və ictimai fəaliyyətləri əksini tapıb.

 

Eyni zamanda kitabda M.Ə.Rəsulzadənin Azərbaycan Cümhuriyyəti dövründəki və mühacirət illərindəki çalışmaları da faktlar və sənədlərlə oxuculara təqdim edilib.

 

Hazırda kitab İranda keçirilən sərgidə nümayiş etdirilir. Alınan məlumatlara görə, oxucular kitaba böyük maraq göstərir.

 

Qeyd edək ki, N.Yaqublunun M.Ə.Rəsulzadə irsi araşdırmaları ilə bağlı kitabları və yazıları Türkiyədə, Rusiyada, Polşada da nəşr edilib.