Kredit faizləri niyə artır?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:38 20.05.2024

Banklardan kredit götürmək rahat və sürətlidir. Amma bir problem var. Hətta ən əsası deyə bilərik. Hazırda fəaliyyət göstərən banklarda kredit faizləri kifayət qədər yüksəkdir,deyilir. Hətta əksəriyyət götürdüyü pulu qaytarmaqda çətinlik çəkir. Banklar kredit faizlərini nəyə əsasən təyin edir? Ümumiyyətlə günü-gündən kredit faizləri niyə artır ? 

 

Qoyulan standart faiz dərəcəsi yüksəkdir. Baxanda ki, yekun ödəniləcək məbləğə baxanda da təbii ki, görürsən ki, götürdüyün məbləğdən daha çox ödəmək məcburiyyətində qalırsan.

 

  İqtisadçı Rəşad Həsənov bildirib ki, istehlak kreditlərində bu daha geniş yayılıb, amma bu biznes kreditlərində də var ki, iqtisadiyyat leqal deyil:

 

"Yəni, vətəndaşın gəlirini bank tam olaraq qiymətləndirə bilmir. Biznesin dövrüyyəsini bank tam olaraq görə bilmir. Yəni onlar öz gəlirlərini gizlətdikcə dövriyyələrini gizlətdikcə bir tərəfdən qısa müddətli dövrdə burda müəyyən vergi kimi öhdəliklərdən yayınırlarsa, amma digər tərəfdən krdit qaytarma qabliyyətini risk altına almış olurlar. Ona görə sabah onlar kreditə müraciət edəndə bu risk faktorları da əlavə olunur. Çünki risk artıqca faizlər artır".

 

Milli Məclisin üzvü Vüqar Bayramov isə deyir ki, banklar riskləri nəzərə alaraq yüksək faiz tətbiq etməklə nə qədər özlərini sığortalamağa çalışsalar da bu, problemli kreditlərin artmasına səbəb olur.

 

"3 ay müddətində kredit ödənişində yubanmalar baş verirsə, həmin kedit problemli kredit kimi rəsmiləşir. Kredit faizləri problemi kreditlərin yaranmasına səbəb olan əsas faktorlardandır. Kredit faizlərinin azalması nəticə etibarı ilə problemli kreditlərin həcminin aşağı düşməsinə gətirib çıxara bilər.

 

Təbii ki, bankların xərclərinin azaldılması ilə bağlı fəaliyyətlərin genişlənməsi, banklara təşbeh alətlərinin təqdim olunması onların xərclərinin azalmasına gətirib çıxara bilər. Və xərclərin azalması təbii ki, kredit faizlərində azaldılmalarla müşahidə oluna bilər".

 

Kredit faizlərinin müəyyənləşməsinə gəldikdə isə burada bütün öhdəlik maliyyə kredit təşkilatlarının üzərindədir. Depoziti cəlb edən və krediti verən məhz banklar olduğu üçün faizləri də sərbəst müəyyən edə bilirlər.