Avstriyada yoxlama oyunu

Tarix: 16:49 09.07.2024
"Qarabağ" FK yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşüb. Komandamızın Tirolda 4 yoldaşlıq oyunu nəzərdə tutulub.
İdman eksperti Aslan Kərimov oyunla bağlı fikirlərini "informator.az"la bölüşüb:
"Təlim-məşq toplanışlarında keçirilən oyunlar böyük əhəmiyyət kəsb etmir. Düşünürəm ki, "Qarabağ" "Viktoria Plzen"lə oyunda qalib gəlmək yox, oyunçular arasında bir-birilərini yaxşı anlamaq, hücumun təşkilinin mükəmməlləşdirilməsi yolunda addımlar atacaqlar. Təbii ki, oyuna qələbə qazanmaq üçün çıxırıq. Məncə, bu oyunda "Viktoria Plzen"nin də "Qarabağ"ı məğlub etmək fikri yoxdur. Bu matçda hər bir komanda özünün fikirləşdiyi oyun üslubunu ortaya qoymağa çalışacaq".
Qeyd edək ki, "Viktoria Plzen" - "Qarabağ" matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Zəhra Həsənova