1,2 milyon vergi borcu olan şirkət kimindir?

Tarix: 23:21 13.05.2025
"Baxeran Group” şirkənin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
"İnformator.az" Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin vergi borcu hazırda 1 216 503,37 manat təşkil edir.
“Baxeran Group” vergi sistemində riskli vergi ödəyicisi kimi qeydiyyatdadır.
Şirkət 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Rüstəmov Anar Abbas oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.