"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb

Tarix: 23:15 13.05.2025
"İnformator.az" xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.
Bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.
Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.
Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.