Argentina finala yüksəlib

Tarix: 22:06 10.07.2024
Argentina ABŞ-ın ev sahibliyi etdiyi 2024 Amerika Kubokunun yarımfinal matçında Kanadanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Bu il 48-ci dəfə keçirilən qurumun yarımfinalında Argentina və Kanada milliləri qarşılaşıb.
2022-ci il dünya çempionatının da qalibi olan və FİFA dünya reytinqində birinci yerdə olan Argentinada qolları 22-ci dəqiqədə Julian Alvares, 51-ci dəqiqədə isə Lionel Messi vurub.
Digər yarımfinal matçında Uruqvay və Kolumbiya sabah CET vaxtı ilə 03.00-da üz-üzə gələcək.
Vüqar Alışov