Bavariya təmsilçisindən böyük transfer

Tarix: 21:22 11.07.2024
Almaniyanın köklü klublarından olan "Bayern Münhen" klubu João Palhinhanı 51 milyon avro qarşılığında heyətinə qatdı.
Son klubu İngiltərənin "Fulham" klubu olan 29 yaşlı dayaq yarımmüdafiəçisi "Ağlar"ın heyətində 79 maçta 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.O yeni klubunda 16 nömrəli forma ilə çıxış edəcək.
Hüseyn İlyasov