Argentina millisinin futbolçularından irqçi hərəkət!

Bölmə: İdman › ,
Tarix: 21:16 16.07.2024

Fransa Federasiyası Amerika Kuboku şənliklərində Argentinalı futbolçuların "qəbuledilməz irqçi" şüarları ilə bağlı şikayət edib.

 

Fransa Futbol Federasiyası (FFF) Argentinalı futbolçuların bazar günü Amerika Kubokunda uğur qazandıqdan sonra səsləndirdiyi “qəbuledilməz, irqçi və ayrı-seçkilik” şüarları ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib.

 

FFF əlavə edib ki, onun prezidenti Filip Diallo FİFA və Argentina Futbol Assosiasiyası həmkarlarını - müvafiq olaraq Canni İnfantino və Klaudio Tapia-nı "idman və insan haqları dəyərlərinə zidd olan şokedici ifadələrə" cavab verməyə çağırıb.

 

Argentina bazar günü finalda Lautaro Martinezin əlavə vaxtda vurduğu qolu sayəsində Kolumbiyanı 1:0 hesabı ilə məğlub edərək Amerika Kubokunu qaldırdı. Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandezin finaldan sonra İnstaqram hesabında yerləşdirdiyi kadrlarda onun və komanda yoldaşlarının Fransa milli komandası haqqında təhqiramiz ifadələr etməsi əks olunub.

 

Mənbə: The Athletic 

Məhəmməd Qasımov