"Qarabağ"ın rəqibi ''Linkoln'' oldu!

Bölmə: İdman › ,
Tarix: 23:02 16.07.2024

Azərbaycanın futbol üzrə çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib. Azərbaycan çempionu bu mərhələdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçı səfərdə keçirəcək.

 

"İnformator.az" xəbər verir ki, UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşləri iyulun 23-də baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq.

 

"Qarabağ" Çempionlar Liqasında qruplara düşmək üçün "Linkoln"dan başqa daha iki klubu da mübarizədən kənarlaşdırmalıdır.

 

Məhəmməd Qasımov