Enzo Fernandez "irqçi" şüarı üçün üzr istədi!

Bölmə: İdman › ,
Tarix: 10:46 17.07.2024

"Çelsi" yarımmüdafiəçi Enzo Fernandezin sosial mediada yayımladığı və Fransa Futbol Federasiyasının iddia edilən "irqçi və ayrı-seçkilik" şüarının yer aldığı videonu araşdırır.

 

"Çelsi" məsələni araşdırır.

Çərşənbə axşamı günü Fransa Futbol Federasiyası, Argentina yığmasının bəzi üzvlərinin Fransa futbolçuları haqqında oxuduğu mahnının yer aldığı videoya görə dünya idarəedici qurumu FIFA-ya şikayət edəcəyini söylədi.

 

Fernandezin "Çelsi"dəki komanda yoldaşı, Fransa yığması üçün bir oyun keçirən Wesley Fofana, İnstaqramda videonun şəklini yerləşdirərək, bunu "qanunsuz irqçilik" olaraq xarakterizə etdi.

 

Fernandez Argentinanın Amerika Kubokunu qazanmasını qeyd edərkən yayımladığı videoya görə "həqiqətən təəssüfləndiyini" söylədi.

 

"Mahnıda çox təhqiramiz ifadə var və bu sözlər üçün heç bir bəhanə yoxdur" dedi.

 

“Mən bütün formalarda ayrı-seçkiliyin əleyhinəyəm və Amerika Kubokunu qeyd etməmizin eyforiyasına qapıldığım üçün üzr istəyirəm.

 

 Həmin video, o anlar, o sözlər mənim inancımı, xarakterimi əks etdirmir”.

 

Bazar günü Amerika Kubokunun finalında Argentinanın Kolumbiyanı 1:0 hesabı ilə məğlub etdikdən sonra Fernandes tərəfindən sosial mediada yayımlanan canlı video ilə bağlı FFF Argentina Futbol Assosiasiyası (AFA) ilə əlaqə saxlayacaq.

 

Mənbə: BBC 

Məhəmməd Qasımov