"Sabah" Ukrayna klubu ilə üz-üzə

Tarix: 12:32 17.07.2024
Sloveniyada təlim-məşq toplanışı keçən "Sabah" bu gün növbəti yoxlama matçına çıxacaq.
İnformator.az xəbər verir ki, Bakı təmsilçisi Ukrayna "Rux"u ilə üz-üzə gələcək.
"Sports park Radomlye"də keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"ə (Sloveniya) 1:0 hesabı ilə qalib gəlib, Serbiya "Çukariçki"si (0:0) və Ukrayna "Krivbas"ı (2:2) ilə isə heç-heçə edib.
"Sabah FK" 25 iyul, Bakı saatı ilə 21:00-da "Maccabi Hayfa" ilə üz-üzə gələcək. Təmsilçimiz ilk oyunu səfərdə keçirəcək.
Məhəmməd Qasımov