Roman Qriqorçuk'dan gözlənilməz addım!

Bölmə: İdman › ,
Tarix: 14:41 17.07.2024

"Neftçi"nin yeni baş məşqçisi Roman Qriqorçuk Türkiyədə maraqlı qərar qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, ukraynalı çalışdırıcı komandanı ictimaiyyətdən gizlətməyə dair göstərib verib. Paytaxt təmsilçisi qardaş ölkədə keçirdiyi ilk yoxlama matçında "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib. "Ağ-qaralar" bu gün Superliqanın digər təmsilçisi «Sivasspor»la üz-üzə gələcək. Matç Ərzurumda, bu gün saat 18:00-da start götürəcək.

 

"Alanyaspor" ilə matç kimi, bu oyun da yayımlanmayacaq.

 

Yaxınlarda 2 illik müqavilə imzalamış miütəxəssisin tapşırığına əsasən, Premyer Liqanın startına keçiriləcək bütün yoxlama görüşləri heç yerdə göstərilməyəcək.

 

O, oyunlardan icmal videolarının hazırlanmasına da qadağa qoyub. Həmçinin təlim-məşq toplanışının gedişindən çəkilişlərin edilməsinə icazə tanımayıb.

 

Qriqorçukun addımı bir məqsədə xidmət edir - Rəqiblərin "Neftçi"nin mövcud durumu barədə məlumat toplamasını əngəlləmək.

 

Məhəmməd Qasımov