"Galatasaray"da transfer gündəmi

Tarix: 18:19 17.07.2024
Sarı-qırmızılı rəhbərlik sağ cinah və yarımmüdafiə xəttini gücləndirmək üçün səylərini sürətləndirib.
Sarı-qırmızılılar sağ cinah və yarımmüdafiədə ediləcək gücləndirmələrlə bağlı təmaslarını gücləndirib. "Galatasaray"ın yarımmüdafiəçi transferində Vendelin adı önə çıxır. "Zenit"in braziliyalı futbolçu üçün transfer qiymətinin 15-20 milyon avro arasında olduğu bildirilib. Sarı-qırmızılıların 26 yaşlı futbolçunu xeyli aşağı qiymətə heyətinə qatmaq istədiyi qeyd edilib.
Sağ cinah müdafiəçisi transferinə görə siyahının başında “Kopenhagen”də çıxış edən Elias Jelert qərarlaşıb. Danimarka komandasının 21 yaşlı oyunçusu üçün bonuslar da daxil olmaqla təxminən 10 milyon avro tələb etdiyi öyrənilib. İki komanda arasında danışıqlar davam edir. Bildirilib ki, texniki heyət sağ cinah müdafiəçisi üçün Jelert, Wan Bissaka və Guela Doue arasında seçim edəcək.
Qalatasaray rəhbərliyinin Avstriyada keçiriləcək ikinci mərhələ xaric düşərgəsi üçün həm sağ cinah müdafiəçisi, həm də yarımmüdafiəçi transferləri hazırlamaq istədiyi də xəbərlər arasındadır.
Mənbə: TRT Haber
Zəhra Həsənova