"Hall Siti"in hədəfi Premyer liqaya yüksəlməkdir!

Bölmə: İdman › ,
Tarix: 18:47 17.07.2024

İngiltərə çempionatı komandalarından “Hall Siti”nin sahibi Acun Ilıcalı yeni mövsümdə hədəflərinin Premyer Liqaya yüksəlmək olduğunu bildirib.

 

Riva Həsən Doğan Milli Komandalar Düşərgə və Məşq Təsislərində təşkil edilən mətbuat konfransında Hall Siti prezidenti və sahibi Acun Ilıcalı, vitse-prezident Tan Kesler, Hall Siti'in baş məşqçisi Tim Walter və futbolçu Əbdülkadir Ömür iştirak edib.

 

“Hall Siti”nin keçən il olduğu kimi Türkiyədə də mövsümə hazırlaşdığını vurğulayan Acun Ilıcalı bu vəziyyətin komandaya müsbət təsir etdiyini bildirib.

 

"Hall Siti"ni aldıqları zaman Avropada güclü bir klub qurmaq arzusunda olduqlarını vurğulayan Ilıcalı, "İngiltərənin çox gözəl bir yerində çox gözəl insanlarla tanış olduq. Belə gözəl şeylər yaşayacağımı gözləmirdim. Çox gözəl bir səyahət idi. Mənə görə klubu aldığımız ilk il orta səviyyədən yüksək idi. Aşağıda bitirən komandamız ikinci il 3 xalla pley-offa çıxa bilmədi. İndi məqsədimiz daha da irəli getmək və "Hall Siti"ni zirvəyə çatdırmaqdır. Həyatımın yeni futbol təcrübəsində pley-offda orta hesabla 8 min olan azarkeşimiz 24-25 minə yüksəldi" dedi.

 

Mənbə: TRT Haber 

Məhəmməd Qasımov