14 Yaşında profesional matça çıxdı!

Tarix: 18:06 18.07.2024
"Cavan Sullivan" Çərşənbə günü "New England Revolution"-a qarşı matçda "Filadelfiya Union" üçün meydançaya çıxanda MLS-in böyük komandasında çıxış edən ən gənc oyunçu kimi "Fredi Adu"-un uzunmüddətli rekordunu qırdı.
14 yaş, 293 günlük olan və çərşənbə axşamı günü ilk dəfə böyük heyətə çağırılan Sullivan, "Filadelfiya Union" klubunun 5-1 qalibiyyətində Adunun rekordunu qırmaq üçün ikinci hissənin sonunda oyuna daxil oldu.
Qeyd edək ki, "Fredi Adu"-un rekordu 14 yaş, 307 gün idi.
Mənbə: ESPN
Məhəmməd Qasımov