“Zirə” turu keçə bilmədi!

Tarix: 22:56 18.07.2024
UEFA Avropa Liqasının I turunun cavab görüşü, "Zirə" - "Şerif" (Moldova) matçı start götürüb.
İnformator.az xəbər verir ki, Qarşılaşma Bakı şəhərindəki "Dalğa Arena"da keçirilib.
Görüşü Qazaxıstanlı referi "Bulat Saryev" idarə edib.
5-ci dəqiqədə "Zirə"nin oyunçusu "Utzig" hesabı açıb: 1-0 (2-0)
40-cı dəqiqədə Zirənin futbolçusu qırmızı kart görür.
54 və 77-ci dəqiqələrdə "Şerif"in futbolçuları "Allaç" və "Yade" hesabı 1-2 (2-2) edir və əsas vaxt bərabərə bitib.
Matç əlavə vaxta getsə də, hesabda dəyişiklik qeydə alınmayıb.
Bakı şəhərindəki "Dalğa Arena"da baş tutan matç təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 2-2 (4-5 penaltilərlə)
Qeyd edək ki, Zirə bu məğlubiyyətlə Avropa Liqasına getmək uğrunda mübarizəni dayandırıb.
Məhəmməd Qasımov