Norris son yarışlarda etdiyi səhvlərdən məyus olduğunu bildirib

Tarix: 17:45 30.07.2024
McLaren pilotu Lando Norris bildirib ki, son həftələrdə pis başlanğıc və sadə səhvlərdən məyus olub. Britaniyalı pilot dördüncü yerdən başladığı Belçika Qran Prisində birinci döngənin çıxışında çınqıllı hovuza girərək sadə səhvə yol verib və bu səhv onun yarış qələbəsi uğrunda mübarizəsini itirməsinə səbəb olub.
Lando Norris startda etdiyi səhvdən sonra 7-ci yerə düşüb və üçüncü dövrədə Maks Ferstappenin təzyiqini hiss etməyə başlayıb.
İlk pit-stoplardan sonra o, yarışın ikinci və üçüncü hissəsində Verstappendən geri qaldı. Lando Norris damalı bayrağı altıncı yerdə keçdi və Corc Rassel diskvalifikasiya olunduqdan sonra yarışı 5-ci yerdə başa vurdu.
Britaniyalı pilot son həftələrdə göstərdiyi performansla bağlı bunları deyib: “Son dörd yarışda axmaq səhvlərə görə çoxlu xal itirdim.
Sadəcə, ilk döngədə problem yaşamamaq üçün bir az yer buraxmaq istədim. Zədələnməməyə diqqət etdim. Sonra özümü trasdan kənarda gördüm. Açığı, son vaxtlar başlanğıclarım yaxşı deyil.
Spada asan podium itirdim və buna görə də heç bir səbəb yoxdur. Bəlkə də mən bir az limitləri keçirəm və bunun əvəzini ödəyirəm".
Belçika Qran Prisindən sonra çempionatın lideri Maks Verstappenlə Lando Norris arasında 78 xal var.
Mənbə: Motorsport
Məhəmməd Qasımov