"Beşiktaş"da ayrılıq

Tarix: 20:12 30.07.2024
"Beşiktaş"da Ante Rebiç və Ajdin Hasiçin müqavilələrinə xitam verilib.
"Beşiktaş"da ayrılıqlar davam edir. “Ağ-qaralar” Valentin Rozier, Tayfur Bingöl və Onur Bulutla yollarını ayırıb, Ante Rebiç və Ajdin Hasiçlə müqaviləni ləğv edib.
Ötən mövsüm "Milan"dan transfer olunan Rebiçin çıxışı sevindirici olmayıb. Ağ-qara forma ilə 23 matçda meydana çıxan xorvatiyalı futbolçu 1 dəfə fərqlənib və 4 qol vurub.
Ötən mövsümü icarə əsasında Sarayevoda keçirən Hasiç "Beşiktaş"da 13 matçda 2 qol sevincini yaşaya bilib.
Mənbə: TRT Haber
Zəhra Həsənova