"Ağır səfərdən çox vacib qələbə ilə dönürük"-Rəşad Sadıqov

Bölmə: İdman › ,
Tarix: 16:34 02.08.2024

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Slovakiyada “DAK 1904” klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında oyunla bağlı öz fikirlərini bölüşüb:

 

"Mərhələni keçən tərəf bizik. İlk dəqiqələrdən sona kimi oyun nizam-intizamından qopmadıq. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizi, klub rəhbərliyini, futbolçularımı təbrik edirəm".

 

Baş məşqçi Avropa Liqasında Moldovanın "Şerif" komandasına uduzduqları görüşdən sonra hər hansı ciddi dəyişiklik etmədiklərini söyləyib:

 

"Qırmızı vərəqə alana qədər Sheriff ilə oyunda da hər şey qaydasında idi. Sırf psixoloji cəhətdən futbolçulara deyirdim ki, bircə onu düşünün ki, son 10-15 ildə 7 dəfə avrokubokların qrup mərhələsində oynayan komandaya səfərdə qalib gəldik, evdə də azlıqda qalana kimi hesabda öndə olduq. 

 

Qırmızı vərəqədən sonra avrokubok matçlarında oynamaq çox çətin olur. Necə ki, DAC son yarım saatda bu səbəbdən çətinlik çəkdi. Bu, hiss olunurdu. Qırmızı vərəqə olmasaydı, Sheriff`i keçməyə yaxın idik. Məyus olmamalı, yolumuza davam etməliyik".

 

Zəhra Həsənova