Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında bürünc medal uğrunda oyunlar keçiriləcək

Bölmə: İdman › ,
Tarix: 10:18 20.04.2025

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında bu gün üçüncü yer uğrunda oyunlar keçiriləcək.

 

"İnformator.az" "Report"a istinadən məlumat verir ki, qadınların yarışında "Gəncə" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

 

Qarşılaşma saat 15:00-da start götürəcək. İlk görüşdə "Murov Az Terminal" qalib gəlib - 3:1 (25:18, 23:25, 25:18, 25:17).

 

Kişilərin mübarizəsində isə bürünc medal uğrunda ilk matç baş tutacaq. Saat 17:00-da "Neftçi" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

 

Qeyd edək ki, iki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.