BMT: Eyginin ölümü hərtərəfli araşdırılmalıdır

Bölmə: Dünya › ,
Tarix: 21:37 06.09.2024

Birləşmiş Millətlər Təşkilatı (BMT) İordan çayının qərb sahilinin Nablus şəhərində İsrail əsgərlərinin işğalı nəticəsində Türkiyə əsilli Amerika vətəndaşı Ayşenur Ezgi Eyginin öldürülməsi ilə bağlı hərtərəfli araşdırma aparılmasını və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

BMT-nin sözçüsü Stefan Dujarrik deyib: “Mən sizə işğalçı İsrail əsgərləri tərəfindən Nablusda başından güllə ilə vurulan türk əsilli Amerika vətəndaşı 26 yaşlı Ayşenur Ezgi Eygi haqqında soruşmaq istəyirəm. Reaksiyanız necədir? Bunu qınayırsınızmı və məsuliyyəti qəbul edən İsrail ordusuna bir mesajınız varmı"?

Hadisə ilə bağlı hələ ətraflı məlumatı olmadığını bildirən Dujarrik, "Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı hərtərəfli araşdırma aparılmasını və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını istəyirik. Mülki vətəndaşlar bütün hallarda müdafiə olunmalıdır" deyib.

Düjarrik jurnalistlərə "Qorxuram ki, bu, nümunəyə çevrilməyə başlayır. Siz əvvəllər BMT əməkdaşlarının öldürülməsi də daxil olmaqla, oxşar hadisələrin hərtərəfli araşdırılmasını tələb etmişdiniz. Nəticə verən bir araşdırma varmı? Yoxsa hər hansı bir günahkar cəzalandırılıbmı? " Suallara gəlincə, “BMT kadrları kontekstində heç bir iş görülməyib” deyə cavab verib.

İstintaqların daha çox "münaqişə bitdikdən sonra" aparılacağına işarə edən Düjarrik, fələstinli məhbuslara qarşı pis rəftarın cəzalandırıldığı hallarının olduğunu bildirib.

Digər tərəfdən Düjarrik qeyd edib ki, İsrail bir çox mülki ölümlə bağlı araşdırma aparmır.

BMT-nin sözçüsü Eyginin öldürülməsini qınayıb-qınamadığını yenidən soruşduqda, hadisə ilə bağlı əlavə məlumat əldə etməli olduğunu deyib.

Mənbə : TRT XƏBƏR (TRT HABER)
Lalə Qafarova