Muslera UEFA-dan 3 oyunluq cəza

Bölmə: İdman › ,
Tarix: 21:02 18.09.2024

UEFA "Yanq Boyz" matçında qırmızı vərəqə alan "Qalatasaray"ın qapıçısı Fernando Musleranın 3 oyunluq cəzalandığını açıqlayıb.

Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray"ın "Yanq Boyz"la oyununda birbaşa qırmızı vərəqə alan Fernando Muslera UEFA tərəfindən 3 oyunluq cəzalanıb.

Təcrübəli qolkiper cəzasını UEFA Avropa Liqasında PAOK, Riqas FG və Elfsborqla matçlarda çəkəcək.

Mənbə: TRT Haber
Məhəmməd Qasımov