Acun Ilıcalıdan sürpriz transfer hərəkəti! "Hall Siti" "Fənərbaxça"nın keçmiş ulduzunu alıb!

Bölmə: İdman › ,
Tarix: 08:16 19.09.2024

Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" komandasından sürpriz hərəkət gəlib. "Hall Siti" "Fənərbaxça"nın keçmiş ulduzu üçün təklif edib.

Acun Ilıcalının sahibi olduğu İngiltərə çempionatında çıxış edən "Hall City" sürpriz transfer üçün hərəkətə keçdi. İngiltərə komandası Fənərbaxçadan ayrılan təcrübəli futbolçunun arxasındadır.

Acun Ilıcalının sahibi olduğu "Hall Siti"nin transfer haqqı olan Pedroya keçdiyi və 32 yaşlı futbolçuya 1+1 illik müqavilə təklif etdiyi iddia edilib. Təcrübəli oyunçu İngiltərədə transfer pəncərəsi bağlansa da, onun transfer haqqı olduğu üçün klubla müqavilə imzalaya bilər.

"Fənərbaxça"da performansı gözlənilənlərin altında olan və zədəsi səbəbindən çox oyun keçirə bilməyən Joao Pedro ilə yollarını ayırıblar.

2 il əvvəl Joao Pedronun "Qalatasaray"a transfer olunacağı gözlənildiyi halda, "Fənərbaxça" məsələyə müdaxilə edərək Pedronu heyətinə qatıb.

Sarı-göylü klub Joao Pedro üçün təxminən 4,5 milyon avroluq transfer haqqı ödəyib. Ötən il Braziliyanın A Seriya komandası “Qremio”ya icarəyə verilən ulduz futbolçu icarə müqaviləsi bitdikdən və yollarını ayırdıqdan sonra Joze Mourinyonun planlarına daxil edilməyib.

Mənbə: Hüriyyet
Fatimə Abdulrəhimli