Analitik: Antiterror əməliyyatları dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq hadisədir

Bölmə: Siyasət › ,
Tarix: 18:15 19.09.2024

Qarabağda aparılan və erməni separatizminə son qoyulan lokal xarakterli antiterror tədbirlərinin başlamasından bir il ötür.

Bu barədə "informator.az"a danışan siyasi şərhçi Kazım Kazımovun sözlərinə görə, antiterror əməliyyatları Azərbaycanın tarixində xüsusi yer tutan hadisələrdəndir:

"Azərbaycan ordusu 24 saatdan qısa bir müdddətdə Qarabağın tamamında ərazi bütövlüyümüzü təmin etdi. Bu həm də dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq hadisədir. Çünki orada separatçıların çox ciddi qüvvələri var idi və ordumuz onları darmadağın etdi. Bu həm də Azərbaycan dövlətçilik tarixində ilk dəfə ərazi bütövlüyü kağız üstündə deyildə rəsmi bir şəkildə bərqərar oldu. Antiterror əməliyyatları çox önəmli hadisədir. Biz bilirik ki, cənab Prezidentin bu gün bir fərmanı da yayıldı. 20 sentyabr Azərbaycanın Suvenerliyi günü olaraq təsdiq edildi. Bu da göstərir ki, 19 sentyabr hadisəsi bizim dövlətçilik tariximizdə xüsusi yer tutur".

Fidan Fərhadlı