Analitik: Donald Trampa olan sui-qəsdlər ABŞ seçkilərinə kölgə salır
Bölmə: Siyasət › ,Tarix: 08:04 19.09.2024
Ötən günlərdə Donald Trampa ikinci sui-qəsd təşkil olunub. Siyasətçinin səhhətində problem olmadığı bildirilir.
Trampa olan sui-qəsdlərin səbəbi nədir? Bu prosseslər seçkiyə necə təsir edəcək?
Mövzunu “informator.az”a şərh edən politoloq Oqtay Qasımovun sözlərinə görə, Donald Trampa olan sui-qəsdlər ABŞ seçkilərinə kölgə salan hadisədir:
“Ümumi keçirilən rəy sorğularını nəzərə alsaq, namizədlər arasında ciddi bir fərq yoxdur. Amma hər bir halda vəziyyət dəyişə bilər. Necə ki 2016 ci ildə Tramp sonda qalib gəldi. Onun prezidentliyi dönəmində iqtisadiyyatda ciddi inkişaf baş verdi. Amma Tramp ənənəvi siyasətçi tipi olmadığına görə, dünyada da ona qarşı birmənalı mövqey yoxdur. Trampın müəyyən üstünlüyü olsa da, qarşısında Bayden yoxdur. Baydenə qarşı olan əsas tezisi - yaş məsələsi bu gün ona qarşı yönəlib. Debatda kimin üstün olduğunu açıq şəkildə bildirmək çətindir, amma Tramp daha çox müdafiə mövqeyindən çıxış edib”.
Vüqar Alışov