"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürkdən "Fənərbağça"nın şikayətinə cavab

Bölmə: İdman › ,
Tarix: 23:42 19.09.2024

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk onlardan 7 fərqli quruma şikayət edən "Fənərbağça"nın açıqlamasına cavab verib. Metin Öztürk “Qalatasaray”ın məsuliyyətə cəlb oluna bilməyəcəyi heç bir məsələnin olmadığını bildirib.

Cəmiyyətin bütün diqqətinin bu həftəsonu oynanılacaq derbiyə yönəldiyini bildirən Öztürk bunları söylədi:

“Həftə sonu oynayacağımız rəqibimizin rəsmi saytında dünən bir menecerin verdiyi açıqlamalar son vaxtlar klubumuzu çaşdırmaq planlaşdırılan oyunun arxasında kimin olduğunu üzə çıxarmaq  baxımından çox önəmlidir".

“BİZ ONLARDAN EYNİ CƏSARƏT GÖZLƏYİRİK”

"Elə bir məsələ yoxdur ki, klubumuz cavabdehlik daşımasın. Eyni cəsarəti onlardan da gözləyirik. Bu gün biz bütün “Qalatasaray” azarkeşləri kimi bizi çaşdırmağa çalışanlara qarşı birlikdə daha güclüyük. Və biz tam olaraq fikirimizihəftə sonu oynayacağımız oyuna cəmləmişik”.

Mənbə: Haber global
Vüqar Alışov