Azərbaycan kinosunun dünəni və bu günü

Bölmə: Araşdırma › ,
Tarix: 22:51 12.11.2024

Azərbaycan kinosu hər zaman fərqliliyi, milliliyi özündə birləşdirib. Hətta sovet rejimində belə filmlərimizdə xalqa xas cəhətlər elə ustalıqla verilir ki, tamaşaçı hər dəfə özü üçün yenilik tapır. İndiki filmlərə nəzər saldıqda, bu milliliyi görmək o qədər də mümkün deyil.

 

Kinoşünas Ramil Ələkbərov “informator.az”a açıqlamasında bildirib ki, sovet dövründə çəkilmiş filmlərin maraqla izlənməsinin səbəbini sözügedən ekran əsərlərinin duyğusal olması, peşəkar çəkilməsi ilə əlaələndirir:

 “Müasir filmlərdə isə bu peşəkarlıq duyulmur. Mətnlər redaktə olunmadan göndərilir və istehsala buraxılır. Sovet dövründə isə, kinostudiyanın redaksiya heyəti varıydı, mövzusuna görə, dialoqların dilə yatımlı, səmimi olmasına görə redaktə olunurdu. Buna görə də, bu filmlərin dili bizə çox xoş gəlirdi, aktyor və rejissorların peşəkarlığı filmi gözəl və səmimi edirdi”.

 

Ramil Ələkbərov dilin yerində və düzgün istifadə olunmamasını da problem adlandırır. Onun sözlərinə görə, qeyri-səmimi dialoqlar filmlərin daha az izlənməsinə gətirib çıxarır.


Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. İlk film İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında çəkilib. Filmin rejissoru Peterburqdan dəvət olunub.

 

Kinoşünas Aygün Aslanlının fikincə, Azərbaycan kino tarixində 1930-cu illəri qızıl dövr adlandırmaq olar. Bu dövrdə çəkilən ən yaxşı ekran əsəri “Mavi dənizin sahilində” filmidir. Bu film Naum Kleymanın tərtib etdiyi ən yaxşı filmlər siyahısında yer alır:

 

 “1960-70-ci illərdə isə dünyada yeni kino cərəyanları formalaşmağa başlamışdı və bu, Azərbaycan kinosuna da təsirini göstərirdi. Neorealizm dalğası Azərbaycan kinosunda yeni nəsil rejissor və sənətçilərə təsir edirdi. Bu dövrdə Həsən Seyidbəyli, Şamil Mahmudbəyli və digərləri Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıblar. Onlar əldə etdikləri bilik və istedadı birləşdirərək yeni üslubda filmlər yaratmağa başlamışdılar və psixoloji dərinlikləri ilə seçilən qəhrəman obrazlarını canlandırıblar”.


Müstəqillik illərində Azərbaycan kinosu yeni mərhələyə qədəm qoyub. “Əkinçi”, “Nabat”, “Yarasa” kimi dünya festivallarında uğur qazanıb. Milli dəyərlər və azadlıq mövzuları önə çıxıb. Maraqlıdır ən çox sevilən Azərbaycan filmləri hansılardır ?

 

“Arşın mal alan” filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənib. “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Ulduz”, “Əhməd hardadır”, “Qaynana”, “Uşaqığın son gecəsi”, “Gün keçdi” və s. bu kimi filmlərdə də ənənə davam etdirilib.


Kinoşünasların fikrincə, müasir dövrdə dünya kinosundakı yeniliklər Azərbaycan kinosuna tətbiq edilir. Gənc rejissorlar Sovet düşüncə tərzindən uzaqlaşaraq qlobal səviyyəyə çatmaq üçün yeniliklər axtarırlar. Bunun nə qədər uğurlu olduğunu isə zaman göstərəcək.

 

Aytac, Nəzakət