Xarici dil öyrənmənin psixoloji sirləri

Bölmə: Sosial › ,
Tarix: 14:43 02.12.2024

Xarici dil öyrənmək, təkcə yeni sözlər və qrammatika qaydalarını mənimsəmək deyil, həm də beyinin, yaddaşın və emosional vəziyyətin necə fəaliyyət göstərdiyini anlamağa yönələn mürəkkəb bir prosesdir.

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Gülşən Rüstəmova bildirib ki, bizim üçün vacib olanı, həyati əhəmiyyət daşıyanı mühüm hesab edirik və bu isə öz növbəsində bütün sinir sistemimizi səfərbər edir:

 

"Biz mütləq xarici dil öyrənmək istəyiriksə, bu bizim üçün əhəmiyyətlidirsə, zehnimiz bunu qəbul edir, təsdiqləyir və dəstəkləyir. Bu isə birbaşa olaraq sinir sistemimizə təsir edir. Bu təsir nəticəsində bizə bütün resurslar təqdim edilir ki, bu yolda - dil öyrənməkdə bizə xidmət etsin. Lakin biz xarici dil öyrənməyi özümüz üçün əsas, vacib hesab etmir və onun əhəmiyyətini dərk edə bilmiriksə, bu zaman sinir sistemimiz bizə kömək etmir, biz dili mənimsəməkdə çətinlik çəkirik".

 

Psixoloq xarici dil öyrənməyin psixoloji cəhətdən yollarını da açıqlayıb:

 

"Xarici dil öyrənmək üçün o dildə düşünmək lazımdır. Özümüzlə xarici dildə danışsaq və düşünsək zehnimizdə bir hissə formalaşacaq ki, bu dildə bazamız var. Nəticədə daha özgüvənli şəkildə məqsədimizə doğru irəliləyə bilərik. Həmçinin hər bir insanın fərqli temperamenti var. Audioallar eşitməklə, vizuallar görməklə və s. xarici dili rahatlıqla öyrənə bilərlər".

 

Aydan Talıblı