Deputat: Şəhid ailələri əmin olsunlar ki, onların övladlarının zəhməti hədər getməyib

Tarix: 13:46 18.05.2025
Şəhid ailələri bir daha əmin olsunlar ki, onların övladlarının zəhməti hədər getməyib.
"İnformator.az" bildirir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova söyləyib.
“Bu gün biz Qarabağımızdayıq, Ağdamda, Şuşada, Xankəndindəyik. Şübhəsiz ki, qürur hissimiz aşıb-daşır. Bütov Azərbaycanımızın hər yerində daim ucalarda dalğalanmasını arzu etdiyimiz üçrəngli bayrağımız dalğalanır. Bu gün bizim keçirdiyimiz hisslər şəhid analarımızın hissləridir. Onlar əmin olsun ki, övladlarının Vətənə verdikləri xidmət, çəkdikləri əziyyət hədər getməyib”, – parlamentin üzvü vurğulayıb.