Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini qəbul edib

Tarix: 13:38 18.05.2025
Roma Papası XIV Leo papalıq hakimiyyətinin simvollarını – “balıqçı üzüyü” və pallium (xaçlarla işlənmiş yun lenti) alıb.
"İnformator.az" xəbər verir ki, bu qədim ritual 267-ci Roma Papasının pontifikatının rəsmi başlanğıcını qeyd edir.
Meydanda çoxsaylı dindarlar, həmçinin 150-dən çox xarici dövlət nümayəndə heyəti, kral ailələrinin və dini konfessiyaların nümayəndələri iştirak edirlər.