TikTok fenomenlərinin populyarlığının sirrləri

Tarix: 19:33 02.12.2024
Günümüzdə sosial şəbəkələr, o cümlədən TikTok insanların həyatında böyük rol oynayır. Əksər istifadəçilərin diqqətini cəlb edən məzmun növlərini analiz etdikdə müəyyən nümunələr ortaya çıxır.
Sosioloq Lalə Mehralı "informator.az"a açıqlamasında bildirib ki, TikTok ölkəmizdə məhşurlaşana qədər əksəriyyətimiz bu qədər çox insanın cinsi azlığa meyilli olduğunu bilmirdik:
"Bizim bilmədiyimiz çox şeyi sosial şəbəkələr xüsusilə TikTok üzə çıxartdı. İnsanları cəlb edən məzmunlar adətən qadağan olunan, ayıb bilinən məzmunlar olur. Lakin cinsi azlıqların Tiktokda məşhurlaşmasının bir səbəbi də cinsi azlıqların yaşadığı dəbdəbəli həyatın insanları cəlb etməsidir. Bu kimi platformalar yalnız əyləncə ilə məhdudlaşdırılmamalı, cəmiyyətin maariflənməsi üçün də alətə çevrilməlidir. Bunun üçün, həm istifadəçilər, həm də məzmun yaradıcıları maarifləndirici və təhsil yönümlü mövzuları daha yaradıcı və cəlbedici formada təqdim etməlidirlər".
Bənövşə Zahidli