Online Alışveriş: Artan populyarlıq, yeniliklər və təhlükəsizlik çağırışları

Tarix: 21:27 02.12.2024
Elektron ödənişlərin istifadəsinin artması, xarici ölkələrdən daha ucuz və çeşidli məhsulların gətirilməsi, yerli bazarda isə bu məhsulların çatışmazlığı online alışverişin inkişafını stimullaşdırıb.
Mövzu ilə bağlı İT mütəxəssisi Fərid Kazımov, "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda elektron ticarət hələ də bəzi problemlərlə üzləşir, məsələn, müştəri rəylərinin və məhsul haqqında real məlumatların çatışmazlığı:
"Rəqəmsal texnologiyalar alış-veriş təcrübəsini asanlaşdırır. Azərbaycanda da belə innovativ həllər inkişaf edəcək və müştərilərə daha yaxşı xidmət təqdim ediləcək".
Müsahib elektron alış-verişdə bank kartları ilə əlaqəli təhlükəsizlik məsələləri vacibliyini müştərilərin yalnız alış-veriş üçün içində az pul olan ikinci kartlardan istifadə etmələrini tövsiyə edib. Kazımov, elektron ticarət və müştəri məlumatlarının qorunması sahəsində cinayətkarlıqla mübarizənin daim davam edəcəyini bildirib.
Xanım Ağamalıyeva