Məktəblərdə olan qidalar keyfiyyətlidirmi?-MÜTƏXƏSSİS AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:33 02.12.2024

Təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanaların vəziyyəti mütamadi olaraq müzakirə olunur. Valideynlər narahadırlar ki, məktəblərdəki qidalar övladlarının sağlamlığına ziyan vurar.

 

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında həkim, dietoloq Şəfa Yadigarova bildirib ki, uşaqların qidalanması tam fərqli olmalıdır: 

 

“Uşaqlar inkişaf dövründə olanda onlara zülal məhsulları lazım olduğu kimi karbohidratlar da çox vacibdir. Fiziki aktivlik üçün karbohidratlar lazımdır. Amma faydalı və qəliz kabrohidratlar onlara hansı ki, beyin enerjisi verir. Zülal olmadan uşaqların fiziki gücü, əzələ kütlələri ola bilməz. Qızlarda saç tökülmə, depressiya halları ola bilər. Məktəblilər günün çox hissəsini məktəbdə keçirdir. Əsasən uşaqlar məktəbdə kekslərə, fast foodlara üstünlük verirlər. Valideynlər uşaqlara ev şəraitində hazırlanan yeməklər versinlər. Valideynlər övladlarına ağartı məhsulları, yumurta, kəsmik versinlər. Uşaqlar quru meyvələr, çərəzlər ,əsasən, badam yesinlər. Uşaqlar ev yeməyinə üstünlük versinlər, sağlam qidalansınlar”.

 

Kəmalə Vəliyeva