Bağlılıq duyğusu : İnsan münasibətlərinin görünməz bağları

Tarix: 22:46 02.12.2024
" Bağlılıq duyğusu insana ümid və həyat eşqi verən, inkişaf etdirən mühüm bir hissdir ".
Bu sözləri psixoloq Nizami Orucov "İnformator.az"a müsahibəsində qeyd edib.
O bildirib ki, bağlılıq insanın məqsədlərinə çatmasına və özünü inkişaf etdirməsinə təkan verir:
"Bağlılıq insana səhər oyandıqda görəcəyi işlərə güc yaradır. Lakin bu hissin təsiri mənbəyindən asılıdır: Faydalı bağlılıq inkişaf etdirir, zərərli isə geriyə çəkir".
Psixoloq uşaqlıq dövründə formalaşan bağlılığın gələcək münasibətlərə təsir etdiyini vurğulayır:
" Sağlam bağlanma qurmuş uşaqlar daha güclü əlaqələr yaradır, qeyri-sabit mühitdə böyüyənlər isə emosional çətinliklərlə üzləşirlər. Beyin uşaqlıqda necə formalaşdısa, bu, bütün münasibətlərdə özünü göstərir.
Texnologiya və sosial media bağlılıq prosesini sürətləndirir. Zərərli bağlılıqdan qurtulmaq mümkündür . Bunun ən effektiv yolu isə onları müsbət bağlılığa yönəltməkdir".
"Bağlılığı gücləndirmək üçün birgə məşğuliyyətlər, dərin söhbətlər və canlı ünsiyyət çox vacibdir",- deyə o fikirlərini yekunlaşdırıb.
Xanım Ağamalıyeva